Tərəvəz və meyvələri təzə saxlamağın yolları

Tərəvəz və meyvələri təzə saxlamağın yolları
22:22 24 Noyabr 2016
98 Ölkə
Ölkə mətbuatı
A- A+

1. Brokoli və gül kələmi nəm sevir: Brokolini su içərisinə qoyub, üzərini yaş bir dəsmalla örtərək ən yaxşı şəkildə saxlaya bilərsiniz. Su, nizamlı olaraq dəyişdirilməli, dəsmal isə tez-tez nəmləndirilməlidir.

2. Meyvə və tərəvəzləri soyuducunun ilıq hissəsində saxlayın:

Milli.Az deyerler.org-a istinadən bildirir ki, istilik azaldıqca, meyvə və tərəvəzlərin ətrini və təzəliyini qorumaq çətinləşir. Ləzzətlərini bir az daha uzun müddət qorumalarını istəyirsinizsə əgər, meyvə və tərəvəzləri soyuducuda temperaturun bir az daha yüksək olduğu qisimdə saxlayın. (kadinvekadin.net)

3. Kartofların yanına bir neçə alma qoyun:

Kartofların yanına bir-iki alma qoysanız, onların daha uzun müddət təzə qalmalarını təmin edə bilərsiniz.

4. Sarımsaq və soğan qaranlığı sevir:

Sarımsaqları və soğanların ən yaxşı yoldaşı - qaranlıqdır. Geniş, işıqsız bir sahəniz mövcud deyilsə, hava keçidi üçün bir neçə dəlik açdığınız kağız torbalar içərisində saxlaya bilərsiniz.

5. Soğanlar və kartoflar ayrı yerlərdə olmalıdır:

Soğanları və kartofları eyni yerdə mühafizə etdiyinizdə, kartoflar cücərməyə başlayaraq,  yeyilməyən vəziyyətə gəlir.

6. Müəyyən meyvə və tərəvəz növlərini soyuducuya qoymamaq lazımdır:

Dolmalıq bibər, xiyar və pomidor otaq istiliyində mühafizə edilməlidir. Soyuducuda saxlanılan bibərlər təzəliklərini itirərkən, xiyar və pomidorlar yumşalmağa başlayarlar.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/492331.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR