"Qəbələ"nin məşqçisi: "Üzücü bir oyun oldu"

"Qəbələ"nin məşqçisi: "Üzücü bir oyun oldu"
22:37 24 Noyabr 2016
69 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 24 noyabr. REPORT.AZ/ "Üzücü bir oyun oldu. Həm "Sent-Etyen"lə, həm də bu oyun eyni oldu. Ani bir diqqətsizlik nəticəsində qapımızda qol gördük".
"Report"un məlumatına görə, bunu "Qəbələ"nin məşqçisi Sənan Qurbanov Avropa Liqasının V turunda Bakıda Belçika "Anderlext"i ilə oyundan sonra keçirilmiş mətbuat konfransında deyib.
S.Qurbanov oyun haqda bunları bildirib:
"Baş məşqçimiz komandaya məlumat vermişdi ki, rəqibin heyətində sürətli oyunçular var. Bu "Qəbələ" üçün təcrübədir. Fikrimcə komanda təcrübə yığa-yığa yaxşı nəticə göstərəcək".
O, daha sonra jurnalistlərin suallarını cavablandırıb:
Sizcə qələbə qazanmaq üçün oyunda nə çatışmadı?
- Mən köməkçiyəm və baş məşqçinin tapşırığını icra edirəm. Məğlub olmaq həmişə pisdir. Oyunu analiz edib, çatışmayan cəhətləri aradan qaldırmalıyıq. Bu həm mənim, həm də komanda üçün təcrübədir".
Üçüncü penaltini niyə Rikardinyo vurdu?
- Oyunöncəsi həm Rikardinyo, həm də Filip Ozobiçə tapşırılmışdı ki, penalti olsa, onlar vursun. Rikardinyo hazır idi. İki penaltini qola çevirdi, amma üçüncüdə bir az psixoloji cəhətdən rahat deyildi.
Dabonun zədəsi nə yerdədir?
- İlkin olaraq topuğunda ağrı olduğu bildirilir. Amma dəqiq məlumatı müayinədən sonra alacağıq.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/qebele-nin-mesqcisi-uzucu-bir-oyun-oldu

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR