"Qəbələ" ilə oyun çətin oldu" - Rene Veyler

"Qəbələ" ilə oyun çətin oldu" - Rene Veyler
22:47 24 Noyabr 2016
37 İdman
Ölkə mətbuatı
A- A+

"Oyuna hazırlıqlı çıxmışdıq. Qələbə üçün əlimizdən gələni etdik və bunu bacardıq".

Milli.Az "Report"a istinadən bildirir ki, bunu Belçikanın "Anderlext" klubunun baş məşqçisi Rene Veyler Avropa Liqasının qrup mərhələsində Bakıda "Qəbələ" ilə oyundan sonra keçirilmiş mətbuat konfransında deyib.
Baş məşqçi oyun haqda bunları bildirib:
"Qapıçımız Ruf gənc oyunçudur və onun qol buraxması, səhv etməsi normaldır. Bir neçə qapıçımız da var ki, gələcək oyunlarda onları meydana buraxa bilərəm. "Qəbələ" ilə oyun çətin oldu. Buna baxmayaraq, qələbə qazandığımız üçün şadam. Qarşıdakı oyunlarda da əlimizdən gələni edib, qələbə qazanmağa çalışacağıq. Stançu oyunda bir az çətinlik çəkirdi. Əsas odur ki, nəticə bizim tərəfimizdədir. Heyətdə gənc oyunçular var. Onlar da uğur qazanmağa, nəticə göstərməyə çalışırlar".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/492791.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR