Bakıda mənzil partladı

Bakıda mənzil partladı
22:47 24 Noyabr 2016
85 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda mənzildə qaz sızması nəticəsində partlayış olub, yanğın baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə paytaxtın Binəqədi rayonu, Abay Kunanbayev küçəsi, 6, mənzil 19-da qeydə alınıb.
Mənzildə yaşayış olmadığından xəsarət alan yoxdur. Partlayış nəticəsində mənzilin şüşələri maşınların üzərinə tökülüb, iki maşına ziyan dəyib. Yanğın yuxarıdakı mənzilə də keçib, sakinlər təxliyə edilib.
Hazırda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yanğını söndürməyə çalışırlar.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/492790.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR