Model Xayli Klum və müğənni Sil uşaqlarına görə bir araya gəliblər.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, 2012-ci ildən boşanan cütlük bayramları bir yerdə keçirir.
Bu dəfə də mağazalardan birində paparazzilərə tuş gələn cütlük övladları üçün qış əşyaları alıb. İddiaya görə, Xayli və Sil 2 qız və 2 oğulları ilə xizək sürməyə gedəcəklər.
Qeyd edək ki, cütlük 2005-ci ildə ailə həyatı qurub.