"Araz" UEFA Kubokunun "Dördlər finalı"na yüksəlmək şansı itirib

"Araz" UEFA Kubokunun "Dördlər finalı"na yüksəlmək şansı itirib
23:07 24 Noyabr 2016
55 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 24 noyabr. REPORT.AZ/ Bu gün "Araz" futzal klubu UEFA Kubokunun elit-raund mərhələsində ikinci oyununa çıxıb.
"Report" xəbər verir ki, Naxçıvan təmsilçisinin rəqibi Rusiyanın "Qazprom Yuqra" klubu olub.
Matç çempionumuzun "Dördlər finalı"na yüksəlmək perspektivinin üstündən birdəfəlik xətt çəkib. "Araz" ilk matçda olduğu kimi ikinci oyunda da uduzaraq şansını itirib. Ruslar Almaniyanın "Hamburq" klubu ilə matçda olduğu kimi 4:0 hesabı ilə qalib gəliblər.
24 noyabr
UEFA Kuboku, elit-raund mərhələsi
II tur
21:00. "Araz" (Azərbaycan) - "Qazprom Yuqra" (Rusiya) - 0:4
Qollar: Eder Lima, 10, Marseniya, 28, Çişkala, 32, Kayo, 34
Hakimlər: Paskal Lemal (Belçika), Eduardo Koelho Fernandes (Portuqaliya)
Zaqreb. Dom Sportova İdman Kompleksi
Qeyd edək ki, "Araz" ilk oyunda meydan sahibinə - Xorvatiyanın "Nasional" klubuna 1:2 hesabı ilə uduzub. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/araz-uefa-kubokunun-dordler-finali-na-yukselmek-sansi-itirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR