Bakıda mənzildə partlayış - FOTO

Bakıda mənzildə partlayış - FOTO
23:08 24 Noyabr 2016
58 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda mənzildə qaz sızması nəticəsində partlayış olub, yanğın baş verib.

Publika.az xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu, Abay Kunanbayev küçəsi, 6, mənzil 19-da qeydə alınıb.

Mənzildə yaşayış olmadığından xəsarət alan yoxdur. Partlayış nəticəsində mənzilin şüşələri maşınların üzərinə tökülüb, iki maşına ziyan dəyib. Yanğın yuxarıdakı mənzilə də keçib, sakinlər təxliyə edilib.

Hazırda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yanğını söndürməyə çalışırlar. (Report)


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR