Britaniya şahzadəsi Harri Şükran bayramını sevgilisi, aktrisa Meqan Marklla keçirə bilməyib.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Harri hazırda Karib adalarında rəsmi səfərdədir. Meqan isə Amerikada bayramı tək başına qeyd edir.
Hind toyuğu qızardıb İnstaqram səhifəsində paylaşan aktrisa "Görəsən, yenə belə bir əl qabiliyyətim olacaq", - statusunu yazıb.
Qeyd edək ki, 35 yaşlı Markl və 32 yaşlı Harri bir müddət bundan əvvəl aralarında sevgi münasibətinin olduğunu rəsmən elan ediblər.
32 yaşlı şahzadə, nəinki, 35 yaşlı amerikalı aktrisaya vurulub, hətta, onu öz ailəsi ilə tanış da edib və onunla evlənmək fikrindədir. Kral iqamətgahının tez-tez qonağı olan Meqan şahzadənin ailəsinin rəğbətini qazana bilib.
Xatırladaq ki, aktrisa Meqan Markl əvvəllər nikahda olub. 2011-ci ildə o, film prodüseri Trevor Engelsona ərə gedib. Bu nikah iki il davam edib.