“Qarabağ”da iki ciddi itki

“Qarabağ”da iki ciddi itki
23:32 24 Noyabr 2016
125 İdman
Ölkə mətbuatı
A- A+

"Qarabağ"ın iki futbolçusu ispaniyalı Miçel və Maksim Medvedev cəzalı duruma düşüblər.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində 3-cü sarı vərəqələrini alan oyunçular son turu buraxacaqlar.
 
V turun "Slovan"la Çexiyadakı görüşündə xəbərdarlıq alması Maksim və Miçelin dekabrın 8-də Bakıda "Fiorentina"ya qarşı keçiriləcək matçda oynamasına əngəl yaradıb.
 
Qeyd edək ki, pireneyli I turun "Slovan" və II turun "Fiorentina" ilə qarşılaşmalarında, Medvedev isə hər iki səfər matçında - II tur "Fiorentina"ya, IV tur PAOK-a qarşı oyunlarda da "fərqlənmişdi"

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR