"Abşeron" Gənclər Şəhərciyində yanğın, sakinlər təxliyyə olunub

"Abşeron" Gənclər Şəhərciyində yanğın, sakinlər təxliyyə olunub
00:05 25 Noyabr 2016
403 Ölkə
Ölkə mətbuatı
A- A+

Abşeron rayonunda yaşayış binasında yanğın hadisəsi baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə rayon ərazisindəki "Abşeron" Gənclər Şəhərciyində baş verib.

Şəhərcikdəki 19-cu yaşayış blokunun 9-cu mərtəsində elektrik kabellərində qısaqapanma baş verib. Hadisə nəticəsində bina sakinləri təxliyyə olunub.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin 2 yanğınsöndürən briqadası cəlb edilib və tüstülənmənin qarşısı alınıb.

Hazırda binanın elektrik naqilləri yoxlanılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/492809.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR