"Abşeron" Gənclər Şəhərciyində YANĞIN - Sakinlər təxliyyə olundu

"Abşeron" Gənclər Şəhərciyində YANĞIN - Sakinlər təxliyyə olundu
00:13 25 Noyabr 2016
285 Ölkə
Ölkə mətbuatı
A- A+

Abşeron rayonunda yaşayış binasında yanğın hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə rayon ərazisindəki "Abşeron" Gənclər Şəhərciyində baş verib.

Şəhərcikdəki 19-cu yaşayış blokunun 9-cu mərtəbəsində elektrik kabellərində qısaqapanma baş verib. Hadisə nəticəsində bina sakinləri təxliyyə olunub.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin 2 yanğınsöndürən briqadası cəlb edilib və tüstülənmənin qarşısı alınıb.

Hazırda binanın elektrik naqilləri yoxlanılır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/177249.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR