“Qarabağ”dan antirekord

“Qarabağ”dan antirekord
00:17 25 Noyabr 2016
108 İdman
Ölkə mətbuatı
A- A+

"Qarabağ" Avropa Liqasının qrup mərhələsində 2-ci dəfə böyükhesablı məğlubiyyət alıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, V turda "Slovan"la Çexiyadakı qarşılaşmada 0:3 hesabı ilə uduzan Ağdam klubu bununla da antirekordçu olub.
 
Belə ki, bu, təmsilçimizin cari mövsüm qrupda yaşadığı 2-ci darmadağındı. II turun İtaliyadakı oyununda "Fiorentina"ya 1:5 hesabı ilə uduzan Qurban Qurbanovun yetirmələri qrupda ən çox darmadağın yaşayan Azərbaycan klubu adına şərik çıxıb.
 
Bunadək yalnız 1 dəfə təmsilçimiz qrupdakı mövsümü 2 böyükhesablı yenilgi ilə başa vurmuşdu. Ötən il "Qəbələ" qrupdakı 6 görüşün ikisində 3 və ya daha çox top fərqinə üzülmüşdü.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/492811.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR