“Heç nə alınmadı” - Qurban Qurbanov

“Heç nə alınmadı” - Qurban Qurbanov
00:17 25 Noyabr 2016
51 İdman
Ölkə mətbuatı
A- A+

"Oyun haqda çox şey danışmaq olar. Rəqibi təbrik edirəm. Layiqli qələbə qazandılar".

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.
 
Avropa Liqasının V turunda "Slovan"a Çexiyada böyük hesabla (0:3) məğlub olan Ağdam təmsilçisi növbəti mərhələ şansını təhlükəyə atıb.
 
Qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında Qurbanovun şərhi belə olub: "Demək olar ki, heç nə alınmadı. İlk hissədə bir neçə qol vəziyyətimiz oldu, istifadə etməli idik. İkinci hissədə tam fərqli oyun oldu. Son vaxtlar bu qədər uduzduğumuz epizod olmadı. Oyuna yenidən baxıb təhlil edəcəyik. Bütün diqqətimizi son görüşə yönəldəcəyik".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/492810.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR