Dünya nəhəngi Hacini istəyir

Dünya nəhəngi Hacini istəyir
09:51 6 Yanvar 2015
224 İdman
Ölkə mətbuatı
A- A+

Tanınmış futbol mütəxəssisi Georgi Hacinin oğlu İtaliya nəhənginə transfer ola bilər.

ANS PRESS-in məlumatına görə, "Roma" gənc oyunçulara investisiya qoymağı davam etdirir. Siyahıda Georgi Hacinin oğlu Lanis də var.

Rumıniya futbolunun gələcəyi olaraq qəbul edilən Lanis Haci də "Roma"nın transfer etmək istədiyi gənc futbolçulardandır. 16 yaşındakı oyunçu atası Georgi Hacinin çalışdırdığı "Viitorul Konstanta"da çıxış edir.

Lanis hədəfinin "Styaua Buxarest"in formasını geymək istədiyini bildirib. Ancaq görünür "Roma" bu transferi olduqca ciddi qəbul edir.

Qeyd edək ki, bu mövsüm əvvəlində Saleh Uçan, Leandro Paredes və Antonio Sanabria kimi gənc oyunçuları heyətinə qatan "Roma" bu cəhdlərini davam etdirmək niyyətindədir.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=11&nid=317936

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR