Masallıda dəhşətli qəza: 1 ölü, 1 yaralı

Masallıda dəhşətli qəza: 1 ölü, 1 yaralı
00:39 25 Noyabr 2016
389 Digər
Ölkə mətbuatı
A- A+

Masallıda dəhşətli yol-nəqliyyat qəzası baş verib. APA-nın cənub bürosunun məlumatına görə, hadisə noyabrın 24-də axşam saatlarında  Masallı-Yardımlı şosesinin rayonun Ərkivan qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Sürücüsünün şəxsiyyəti hələlik açıqlanmayan "Mercedes" markalı minik avtomobili yolu keçmək istəyən  piyadaları,  Cəlilabad rayon sakinləri, 1960-cı il təvəllüdlü Ziyafət Tarverdi oğlu Fərzəliyevi və 1962-ci il təvəllüdlü Nəsimi Əhmədağa oğlu Əhmədovu vurub. Piyadalardan Ziyafət Fərzəliyev aldığı çoxsaylı bədən xəsarətlərindən hadisə yerində ölüb, Nəsimi Əhmədov isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə təcili yardım maşınında Masallı Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. 

 

Qəzanı törətmiş sürücü hadisə yerindən qaçsa da, həyata keçirilən operativ əməliyyat-axtarış tədbirləri nəticəsində o, yaxalanaraq istintaqa cəlb olunub.

 

Faktla bağlı Masallı Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

 




Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/260486

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR