Venesuela neft hasilatının sabitləşdirilməsi üzrə sazişin əldə olunmasını zəruri hesab edir

Venesuela neft hasilatının sabitləşdirilməsi üzrə sazişin əldə olunmasını zəruri hesab edir
02:12 25 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 25 noyabr. REPORT.AZ/ Venesuela yaxın həftələrdə neft hasilatının sabitləşdirilməsinə dair sazişin əldə olunmasını zəruri hesab edir, əks təqdirdə qiymətlər qeyri-sabit olacaq.
"Report" xəbər verir ki, bu barədə ölkənin Neft Nazirliyinin "Twitter" səhifəsində qeyd olunur.
"Biz OPEK-in nazirlər görüşündən sonra istəyirik ki, yüksək səviyyədə – liderlər səviyyəsində müqavilə imzalayaq. Əgər biz yaxın həftələrdə razılığa gələ bilməsək, qiymətlərdə balans pozulacaq. Hazırda məqsəd ən vacibi Rusiya olan bütün qeyri-OPEK ölkələrini bu işə daxil etməkdir", - deyə məlumatda bildirilir.
Saziş üzrə yekun qərar OPEK-in noyabrın 30-da Vyanada keçiriləcək iclasında qəbul olunmalıdır.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/venesuela-neft-hasilatinin-sabitlesdirilmesi-uzre-sazisin-elde-olunmasini-zeruri-hesab-edir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR