Üsyançılarının lideri Trampı təbrik etdi

Üsyançılarının lideri Trampı təbrik etdi
04:54 25 Noyabr 2016
70 Digər
Ölkə mətbuatı
A- A+

Kolumbiyanın üsyançı İnqilabi Silahlı Qüvvələrinin (KİSQ) lideri “Timoçünko” ləğəbli Rodriqo Londonyo Eçeverri Donald Trampı ABŞ-da prezident seçkilərində qələbə münasibəti ilə təbrik edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə,  Eçeverri bunu Kolumbiyada 50 illik silahlı münaqişəyə son qoyan sülh sazişinin imzalanması mərasimindən sonra deyib.    

 

“Biz ümid edirik ki, Tramp hökuməti dünyada və bizim qitədə sülhün təmin edilməsində əhəmiyyətli rol oynayacaq”, - deyə Timoçenko çıxışında bildirib.

 

Qeyd edək ki, ötən gün Boqotada KİSQ və Kolumbiya hökuməti arasında yekun sülh sazişi imzalanıb.

 

Sənəd ölkə prezidenti Xuan Manuel Santos və üsyançıların lideri Rodriqo Londonyo Eçeverri tərəfindən imzalanıb.  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/260496

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR