Ramil Şeydayevin debüt üçün gözəl imkanı var

Ramil Şeydayevin debüt üçün gözəl imkanı var
08:05 25 Noyabr 2016
67 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyə Super Liqasının XII turunda səfərdə "Genclerbirliği"nin qonağı olacaq "Trabzonspor"da heyətlə bağlı problemlər var. Milli.Az goal.az-a istinadən xəbər verir ki, Qara dəniz təmsilçisinin baş məşqçisi Ersun Yanal həftəsonu baş tutacaq qarşılaşmada 4 aparıcı futbolçusunun ximətindən istifadə edə bilməyəcək. Fabian Katillo və Mustafa Akbaş zədəli olduqları üçün, Okay Yokuşlu ilə Məhmət Ekici isə cəzalı durumda olduqları üçün sözügedən matçda içtirak edə bilməyəcəklər. 

Belə olan halda isə baş məşqçi heyətə müəyyən dəyişikliklər edəcək. Yanal Məhmət Ekici və Okay Yoxuşlunun yoxluğunda Aytaç Kara və Beroya şans verəcək. Fabian Kastillo və Mustafa Akbaşın əvəzinə isə İbanez və Güray şans qazanacaq. 

Mütəxəssisin "Genclerbirliği" ilə oyundə gənc futbolçulara şans verəcəyi də gözlənilir. Belə ki, millimizin hücumçusu Ramil Şeydayev və türkiyəli Yusuf Yazıcının oyuna sonradan daxil ola biləcəyi iddia edilir.  Qeyd edək ki, millimizin forvardı Ramil Şeydayev yayda "Trabzonspor"a transfer olunsa da, hələlik Super Liqada şans qazana bilməyib. Sözügedən oyun  noyabrın 27-də baş tutacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/492634.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR