Cəlilabadın taxıl sahələrində gəmiricilərin sayı kəskin şəkildə artıb

Cəlilabadın taxıl sahələrində gəmiricilərin sayı kəskin şəkildə artıb
09:07 25 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Cəlilabad. 25 noyabr. REPORT.AZ/ Son günlər Cəlilabad rayonunda yenicə əkilmiş taxıl sahələrində siçanabənzər gəmiricilərin sayı artmağa başlayıb.
“Report”un Aran bürosu yerli sakinlərə istinadən xəbər verir ki, gəmiricilər taxıl dənələrini yuvalarına toplayaraq yarasız hala salırlar, bu da gələcək məhsuldarlığın aşağı düşməsinə səbəb ola bilər.
Kənd sakinləri bir çox sahələrə su buraxmaqla gəmiriciləri zərərsizləşdiməyə çalışsalar da, hələ ki, bu mümkün olmayıb.
Rəsmi məlumata görə, rayonda siçanabənzər gəmiricilərin artımı 9 min hektralıq əkin sahəsində pik həddə çatıb. Ən təhlükəli vəziyyət rayonun İranla həmsərhəd olan ərazilərində və aran kəndlərində müşahidə olunur.
Artıq Kənd Təsərrüfatı Nazirliyinin xətti ilə rayonda siçanabəzər gəmiriclərə qarşı mübarizə üçün xüsusi dərman preparatları göndərilib. Mütəxəssislərin nəzarəti ilə sahələrdə aldadıcı yemlər hazılanır və yuvalara qoyulur.
İndiyə kimi 4 min hektarlıq sahədə gəmiricilərə qarşı mexaniki və kimyəvi mübarizə üsulları aparılıb.










Xəbərin orijinal ünvanı: https://report.az/ask/celilabadin-taxil-sahelerinde-gemiricilerin-sayi-keskin-sekilde-artib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR