Azan oxunması, məscid tikilməsi qadağan edildi

Azan oxunması, məscid tikilməsi qadağan edildi
09:13 25 Noyabr 2016
101 Dünya
Ölkə mətbuatı
A- A+

Macarıstanın cənubundakı Asotthalom şəhərində məscid və minarə inşası, azan oxunması, burka geyinilməsi qadağan edilib.

Bunu Macarıstan Jobbik Partiyasının sədr müavini və Asotthalom şəhərinin bələdiyyə başçısı Laszlo Toroczkain bildirib.

O, bu addımın digər bələdiyyələrə nümunə olmasının lazım olduğunu vurğulayıb.

“Xaricdən gələcək qaçqınlara və ya radikal meyllər daşıyanlara qarşı özümüzü qorumağımız lazımdır”,– deyə bildirib.

Macarıstan İslam Cəmiyyətinin başçısı Zoltan Bolek Asotthalom Bələdiyyə Məclisinin qərarının ölkə konstitusiyasını zidd olduğunu vurğulayıb. O, sözügedən qadağanın təxribat məqsədi daşıdığını deyib.

“Alınan qərar konstitusiyaya ziddir. Çünki din azadlığı haqqını pozur. Mövzu ilə əlaqədar Konstitusiya Məhkəməsinə yazdığım məktubda, Bələdiyyə Məclisinin qəbul etdiyi qərarın araşdırılmasını tələb etdim. Bundan başqa o bölgədə bir dənə belə müsəlman yaşamamasına baxmayaraq belə qərarın verilməsi təxribat məqsədlidir”, – deyə bildirib.

Qeyd edək ki, təxminən 30 min müsəlmanın yaşadığı Macarıstanda davamlı fəaliyyət göstərən məscid yoxdur. (qafqazinfo)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR