Baqali Dabo məğlubiyyət və zədəsindən danışdı

Baqali Dabo məğlubiyyət və zədəsindən danışdı
09:17 25 Noyabr 2016
37 İdman
Ölkə mətbuatı
A- A+

"İlk yarıda yaxşı oynadıq. Amma ikinci hissədə bunun davamını gətirə bilmədik".

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu sözləri Avropa Liqasının V turunda "Anderlext"ə (Belçika)  1:3 hesabı ilə uduzan "Qəbələ"nin hücumçusu Baqali Dabo deyib.

Bir müddət zədəli olduğundan komandasına kömək edə bilməyən və bu səbəbdən "Sent-Etyen"lə oyunları buraxan Dabo belçikalılarla matçda ilk dəqiqələrdən meydanda idi. Hücumçu çox çalışsa da, rəqib qapısına yol tapa bilmədi. O, məğlubiyyətin səbəbi kimi, yorğun olduqlarını əsas gətirib: "İkinci hissədə yorulduq. "Anderlext" bizim yorulmağımızdan istifadə edə bildi. Nəticədə rəqib qələbə qazandı. Amma komandamız yaxşı oyun nümayiş etdirdi".
 
Matçın gedişində yenidən zədələnən və əvəzlənən forvard böyük ehtimalla "Qarabağ"a qarşı oynaya bilməyəcəyini açıqlayıb: "Əvəzlənməyim zədələnməyimlə bağlı idi. İndi konkret bir söz deyə bilməsəm də, zədənin ciddi olduğu ehtimal edilir və "Qarabağ"la oyunu buraxmalı olacam. Yəqin ki, ən tezi 2-3 həftə komandama kömək edə bilməyəcəm".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/492831.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR