Nəsibə Zeynalovanın 100 illik yubileyi qeyd olundu - fotolar

Nəsibə Zeynalovanın 100 illik yubileyi qeyd olundu -  fotolar
09:21 25 Noyabr 2016
78 Şou
Ölkə mətbuatı
A- A+

Dövlət Musiqili Teatrında xalq artisti Nəsibə Zeynalovanın anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib.

Axşam.az AzərTac-a istinadən xəbər verir ki, tədbir prezident İlham Əliyevin Nəsibə Zeynalovanın 100 illiyinin keçirilməsi haqqında imzaladığı müvafiq Sərəncama əsasən təşkil olunub.

Əvvəlcə tədbir iştirakçıları teatrın foyesində sənətkarın yaradıcılıq yolundan bəhs edən fotosərgiyə baxıblar.

Mərasimdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev milli mədəniyyətimizin inkişafına dəyərli töhfələr vermiş korifey sənətkarın ömür yolundan və yaradıcılığından danışıb.

Tədbirdə Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, xalq artisti Azərpaşa Nemət N.Zeynalova ilə bağlı xatirələrini bölüşüb və onun sənətinin əbədiyaşarlığından söz açıb.

Xalq artisti Fərhad Bədəlbəyli deyib ki, Nəsibə Zeynalova müxtəlif səhnə əsərlərində və filmlərdə yaratdığı bənzərsiz obrazlarla adını Azərbaycan mədəniyyət tarixinə qızıl hərflərlə həkk edib.

Gecədə sənətkarın keçdiyi ömür yolundan bəhs edən videomaterial nümayiş etdirilib.










Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=61823

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR