Stoltenberq: "Rusiya NATO-nun genişlənməsi ilə barışmalıdır"

Stoltenberq: "Rusiya NATO-nun genişlənməsi ilə barışmalıdır"
09:32 25 Noyabr 2016
52 Dünya
Ölkə mətbuatı
A- A+

"Rusiya NATO-nun genişlənməsi ilə barışmalıdır".

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq Oksford Universitetində çıxışı zamanı deyib.

"NATO-nun addımları müdafiə və proropsional xarakter daşıyır, biz yeni soyuq müharibə istəmirik, Rusiya ilə münasibətlərin gərginləşməsini arzulamırıq", - deyə o qeyd edib.  
 
Baş katib NATO-nun Şərqi Avropada gücləndirilməsini "müharibənin qarşısını almaq məqsədi ilə Rusiyanı dayandırmaq siyasəti" ilə əlaqələndirib: "Bununla belə, Alyans Moskva ilə siyasi dialoq imkanını hələ də açıq saxlayıb".    
 
Stoltenberq Rusiyanı sakitləşməyə və NATO-nun genişlənməsi ilə barışmağa çağırıb: "Mən anlamıram, Rusiya nə üçün Mərkəzi və Şərqi Avropada yeni müttəfiqlərinin yaranması ilə əlaqədar NATO-nun genişlənməsini təxribat hesab edir?"  
 
Onun sözlərinə görə, Alyans şərqə doğru genişlənmir, sadəcə, Polşa, Estoniya, Litva, Latviya, Macarıstan quruma üzvlüklə bağlı müraciət ediblər. "Rusiya sakitləşməli və qonşularının öz yollarını özlərinin seçdiyini qəbul etməlidir", - deyə Stoltenberq bildirib.   
 
Qeyd edək ki, NATO 2017-ci ildə Baltikyanı ölkələr və Polşada 4 çoxmillətli batalyonlar  yerləşdirməyi planlaşdırıb.   

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/492839.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR