"Penaltidən sonra "Qarabağ" "sındı"

"Penaltidən sonra "Qarabağ" "sındı"
09:32 25 Noyabr 2016
72 İdman
Ölkə mətbuatı
A- A+

"Qapımıza təyin edilən penaltidən sonra komandamız "sındı" və bundan sonra oyunumuzu toparlaya bilmədik".

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu sözləri "Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl deyib.

UEFA Avropa Liqasının qrup mərhələsinin V turunda səfərdə Çexiyanın "Slovan" klubuna 3:0 hesabı ilə məğlub olan ağdamlılar qrupdan çıxmaq şanslarını azaldıblar.
 
Oyundan sonra Çexiyaya ezam olunmuş əməkdaşımıza açıqlama verən klub prezidenti komandasının çox zəif oynadığını deyib: "Bu gün ən yaxşı "Qarabağ"ı görmədim. Penalti ruhumuzu sındırdı. Məncə, rəqibin qələbə qazanması təsadüfi deyildi, bizdən gözəl oynadılar. Rəqib daha çox  qaçdı, daha çox əziyyət çəkdi. "Qarabağ" da əlindən gələni etdi, amma alınmadı".

Klub rəsmisi "Qarabağ"ın qrup mərhələsinin son turunda "Fiorentina"nı məğlub etmək üçün var gücü ilə oynayacağını vurğulayıb: "Bilirəm, "Fiorentina" da PAOK-a məğlub olub. İtalyanları Bakıda mütləq məğlub etməliyik. "Slovan"la oyunda qələbə qazanmadığımız üçün çətin olacaq. Amma ümidimiz var, "Qarabağ"ımıza inanırıq, həmişə komandanın arxasındayıq. Sona qədər oynamalıyıq".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/492833.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR