"Slovan"ın baş məşqçisi: "Dünən sirkə getdim..."

"Slovan"ın baş məşqçisi: "Dünən sirkə getdim..."
09:42 25 Noyabr 2016
53 İdman
Ölkə mətbuatı
A- A+

"Bu qələbəni çox önəmli sayırıq. Ona görə ki, bu, Avropa Liqasındakı oyunda qələbədir və rəqib də "Qarabağ" idi".

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu sözlər "Slovan"ın baş məşqçisi Yindrix Trpişovskiyə məxsusdur.

Avropa Liqasının V turunda öz meydanında "Qarabağ" üzərində böyükhesablı (3:0) qələbə qazanan Liberets təmsilçisi növbəti mərhələ üçün ümidlənib.
 
Matçdan sonra keçirilən mətbuat konfransında Trpişovski jurnalistlərin suallarını cavablandırıb: "Azarkeşlərimizə söz vermişdik ki, qələbə qazanacağıq. Buna nail olduğumuz üçün çox şadıq. Bugünkü matçda qalibiyyət çempionatdakı məğlubiyyəti unutdurdu. Oyunçularıma da xoş sözlər demək istərdim. Bu gün bir yumruq kimi mübarizə apardılar və qalib gəldilər".
 
- Dünən demişdiniz ki, 40-dan çox yaşım var və möcüzəyə inanmıram. Bu qələbədən sonra sözünüzü geri götürürsüz?
- Sizin tövsiyənizə baxdım və bunu qəbul etdim. Dünən sirkə gedib möcüzələrin necə yarandığını gördüm. Bunu da tətbiq etdim. Bunun arxasında möcüzə yox, komandanın yaxşı oynaması dayanır.
 
- Demək olarmı ki, bu sizin rəhbərliyiniz altında "Liberets"in ən yaxşı oyunu idi. Qısa müddətdə nə baş verdi ki, oyun keyfiyyətiniz dəyişdi?
- Deməzdim ki, ən yaxşı oyunumuz idi. "Slovan" ötən mövsüm də yaxşı oyunlar keçirib. Bu, bizim ən yaxşı oyunlarımızdan biridir. Bizim çempionatla Avropa Liqası fərqlidir. Futbolçularımız hər iki turnirdə fərqli çıxış edirlər. Bu, bizim üçün bəlkə, yaxşı, bəlkə də pis haldır. Çempionatın son matçı bizim üçün ən pis oyunlardan biri idi. Bundan zəif oynaya bilməzdik. Təbii ki, futbolda hər şey ola bilər. Erkən qolu vurduğumuz üçün oyun açıldı.
 
- Komandanızın növbəti mərhələyə adlamasını nə dərəcədə real görürsünüz?
- Bizim üçün bu, böyük şansdır. Salonikiyə turist kimi getməyəcəyik. Çalışacağıq, Yunanıstanda qələbə qazanaq. "Qarabağ"a isə "Qəbələ" ilə matçda azarkeşlik edəcəm. Bu komandada Almeyda və Kintanaya böyük hörmətim var. Bugünkü qələbə ilə şansımızı bir qədər artırdıq. Ancaq bizi hələ çox mürəkkəb oyunlar gözləyir. Həm çempionatda, həm də Avrokubokda. Heyətlə bağlı bir qədər problemimiz var idi. Hətta bu gün bir futbolçumuz 20-ci dəqiqədə meydandan çıxmaq istəyirdi.
 
- Matçdan əvvəl sözü bir araya qoyduğunuzu demişdiniz. Sizin üçün dəyişən nə oldu?
- Əvvəla azarkeşlərimizə minnətdaram. "Yablonets"lə qarşılaşmadan sonra bizi fitə basırdılar. Onlardan belə oyuna görə üzr istəməli idik. "Yablonets"lə matçdan sonra futbolçular öz aralarında yığışıb müzakirə apardılar. Həmin iclasda heç mən iştirak etmədim. Həmin görüşdən sonra 20 dəqiqə oturub, ünvanımıza deyilən sözlərə qulaq asdıq, çünki asmalı idik. Bu gün isə oyunumuzun zirvəsində idik.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/492836.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR