"Qarabağ"ın "11-liy"i

"Qarabağ"ın "11-liy"i
09:52 25 Noyabr 2016
75 İdman
Ölkə mətbuatı
A- A+

"Qarabağ" avrokuboklarda 11-ci dəfə böyük hesabla uduzub.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisi budəfəki darmadağını Çexiyada yaşayıb.

Avropa Liqasının qrup mərhələsinin V turunun "Slovan"la Liberetsdəki matçında 0:3 hesabı ilə uduzan təmsilçimiz bunadək 10 dəfə belə yenilgi almışdı. 11-ci ağır məğlubiyyətini alan "Qarabağ" sonuncu dəfə cəmi 56 gün öncə böyük hesabla uduzmuşdu.
 
Sentyabrın 29-da keçirilən II turda "Fiorentina" "Qarabağ"ı İtaliyaya getməyinə peşman etmişdi - 5:1.
 
İki dəfə 6, bir dəfə 5, üç dəfə 4 topla uduzan komanda 5-ci dəfə meydanı 3 top fərqilə məğlub tərk etdi.
 
 
1997/98 UK 23.07.1997 Yablonets (Çexiya) - Qarabağ 5:0
 
1997/98 UK 30.07.1997 Qarabağ - Yablonets (Çexiya) 0:3
 
1998/99 KK 13.08.1998 Kopenhagen (Danimarka) - Qarabağ 6:0
 
1998/99 KK 27.08.1998 Qarabağ - Kopenhagen (Danimarka) 0:4
 
1999/00 İK 04.07.1999 Qarabağ - Monpelye (Fransa) 0:3
 
1999/00 İK 11.07.1999 Monpelye (Fransa) - Qarabağ 6:0
 
2004/05 UK 15.07.2004 Dukla (Banska Bıstritsa, Slovakiya) - Qarabağ 3:0
 
2010/11 AL 19.08.2010 Borussiya (Almaniya) - Qarabağ 4:0
 
2011/12 AL 28.07.2011 Brügge (Belçika) - Qarabağ 4:1
 
2016/17 AL 29.09.2016 Fiorentina (İtaliya) - Qarabağ 5:1
 
2016/17 AL 24.11.2016 Slovan (Çexiya) - Qarabağ 3:0
 
Qeyd: UK - UEFA Kuboku, KK - Kuboklar Kuboku, İK - İntertoto Kuboku, AL - Avropa Liqası

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/492838.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR