Puşkov: "Avroparlamentin qərarları Ankara ilə Moskvanı yaxınlaşdırır"

Puşkov: "Avroparlamentin qərarları Ankara ilə Moskvanı yaxınlaşdırır"
10:27 25 Noyabr 2016
61 Dünya
Ölkə mətbuatı
A- A+

Avropa Parlamentinin bir gün fərqlə Rusiya və Türkiyə barədə qəbul etdiyi qərarlar Ankara və Moskvanı bir-birinə yaxınlaşdırır.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Rusiya Dumasının Xarici Əlaqələr Komitəsinin rəhbəri Aleksey Puşkov deyib.

"Avropa Parlamenti Avropa Birliyi üçün önəmli olan iki ölkə ilə bağlı qərarlar qəbul etdi. Bu dargörüşlülüyün nəticəsidir. Moskva və Ankaranın bir-birinə yaxınlaşması üçün bundan daha yaxşı fürsət yoxdur", - Rusiya rəsmisi qeyd edib.

Xatırladaq ki, srağagün Rusiya KİV-ləri ilə bağlı qətnamə qəbul edən AP dünən Türkiyənin AB üzvlüyü ilə bağlı danışıqları dondurmaq barədə qərar qəbul edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/492868.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR