Dünyada ilk dəfə: milyarder bütün kəndi milyonçu etdi - FOTO

Dünyada ilk dəfə: milyarder bütün kəndi milyonçu etdi - FOTO
10:42 25 Noyabr 2016
2237 Maraqlı
Ölkə mətbuatı
A- A+

Dünyanın ən böyük pivə istehsalçılarından biri sayılan "Grupo Modelo" konserninin banisi və sahibi Antonio Fernandes doğulduğu kəndin sakinlərinə 209 milyon dolları vəsiyyət edib.

Milli.Az bildirir ki, milyarder Antonio Fernandes 1917-ci ildə İspaniyanın şimalındakı Seresales del Kondado kəndində doğulub, sonradan Meksikaya mühacirət edib.

A.Fernandes 13 uşağın böyüdüyü ailədə 11-ci övlad idi. Ailə həddən artıq yoxsul yaşadığından Antonio məktəbi atmalı olmuşdu.

Antonio Fernandesin 32 yaşı olanda o, ailəsi və qohumları ilə birlikdə Meksikaya yollanıb.

Meksikada "Grupo Modelo" konserini yaradan A.Fernandes dünyaya "Corona" pivə brendini tanıdıb.

O, 2016-cı ilin avqustunda, 98 yaşında vəfat edib. Milyarderin vəsiyyətinə görə, 209 milyon dollar onun doğma kəndirnin sakinləri arasında bölüşdürüləcək. Beləliklə, 80 sakini olan kiçik kənddə hər kəsə təqribən 2 milyon dollar çatacaq.

Milli.Az









Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/492853.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR