"Qəbələ" Dabonu yenə itirdi

"Qəbələ" Dabonu yenə itirdi
10:57 25 Noyabr 2016
53 İdman
Ölkə mətbuatı
A- A+


“Qəbələ”nin hücumçusu  Baqali Dabo Topaz Premyer Liqasının XIII turunda “Qarabağ”a qarşı forma geyinə bilməyəcək. 


Fanat.Az xəbər verir ki, buna səbəb seneqallı futbolçunun Avropa Liqasının qrup mərhələsinin V turu çərçivəsində keçirilən “Qəbələ” – “Anderlext” matçında zədələnməsidir.


Dünən “Bakcell Arena”da baş tutan matçda xəsarət aldığı üçün zədəsini yeniləyən Dabonun ən azı 2 həftə oynamayacağı ehtimal olunur.


Qeyd edək ki, “Qarabağ” – “Qəbələ” matçı noyabrın 29-da keçiriləcək.


Fanat.Az



Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotqblquot-dabonu-yen-itirdi-t54440.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR