Keçmiş məhkumu boğub öldürənlərə AĞIR CƏZA tələbi

Keçmiş məhkumu boğub öldürənlərə AĞIR CƏZA tələbi
11:19 25 Noyabr 2016
66 Digər
Ölkə mətbuatı
A- A+

Keçmiş məhkumu boğaraq öldürməkdə təqsirləndirilən İmran Bədirov və Sadiq Əmiraslanovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Tamela Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. Prokuror İ.Bədirov və S. Əmiraslanovun hər birinə 18 illik həbs cəzası istəyib. Təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə edən vəkillər çıxış üçün məhkəmədən vaxt istəyiblər. Proses noyabrın 28-də davam edəcək.

 

Qeyd edək ki, qətl bu il Qusar rayonunun Kuzun-qışlaq kəndində baş verib. Qusar şəhər sakini, əvvəllər məhkum olunan Əzizulla Məmmədovun üzərində zorakılıq əlamətləri olan (boğulma üçün xarakterik) meyiti tapılıb. Qusar Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən rayon sakinləri İ.Bədirov və S.Əmiraslanov tutulublar.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR