Azərbaycan İranda dəmir yolunun inşası üçün kredit verəcək

Azərbaycan İranda dəmir yolunun inşası üçün kredit verəcək
11:22 25 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 25 noyabr. REPORT.AZ/ "Hazırda iranlı həmkarlarla Rəşt-Astara üzrə danışıqlar aparılır. Azərbaycan Astara-Rəşt yolunun inşası üçün İrana kredit verəcək". 
"Report"un verdiyi xəbərə görə, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov "Strateji Tərəfdaşlıq 1520: Dünyanın dörd tərəfini birləşdirən Qafqaz regionu" mövzusunda Bakıda keçirilən biznes forumunda çıxışında bildirib.
"Rusiya da bu layihədə iştirak etmək istəyir. Amma bunu müzakirə edəcəyik", - deyə C.Qurbanov qeyd edib.
"Azərbaycan Dəmir Yolları"nın rəhbəri əlavə edib ki, Bakıda bu forumun keçirilməsində məqsəd qarşılıqlı investisiya imkanlarını araşdırmaqdır. Tədbirdə ikitərəfli protokol və memorandum imzalanacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/azerbaycan-i-randa-demir-yolunun-insasi-ucun-kredit-verecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR