Bakıda beynəlxalq dəmir yolu biznes-forumu keçirilir

Bakıda beynəlxalq dəmir yolu biznes-forumu keçirilir
11:27 25 Noyabr 2016
35 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda bu gün "Strateji Tərəfdaşlıq 1520: Dünyanın dörd tərəfini birləşdirən Xəzər regionu" biznes-forumu keçirilir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, tədbirdə 1520 mm məkanına daxil olan ölkələrin dəmir yolu şirkətlərinın, nəqliyyat, logistik və maşınqayırma müəssisələrinin, həmçinin Azərbaycan və Rusiyanın müvafiq idarəetmə orqanlarının rəhbərləri iştirak edirlər.

Forum çərçivəsində əsasən, beynəlxalq nəqliyyat dəhlizləri sahəsindəki problemlər, "Şimal-Cənub" və "Şərq-Qərb" nəqliyyat dəhlizləri ilə multimodal daşımaların təşkili, dəmir yolu infrastrukturunun tikintisi, hərəkət tərkibinin istehsalı və logistik zəncirvari əlaqələrin qurulması və digər məsələlər müzakirə edilir.

Forum iştirakçıları, həmçinin aşağıdakı məsələlər üzrə diskussiyalar aparacaqlar: "Xəzər tranziti - Dünyanın dörd tərəfini birləşdirərək", "Helsinkidən Mumbayadək, Süveyş kanalı ilə müqayisədə "Şimal-Сənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin üstünlüyü", "Xəzər halqası - açıq dəmir yolunun işə salınması ilə region dövlətlərinin mənfəəti", "İxrac diversifikasiyası - "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi tam gücü ilə işə salındıqdan sonra 1520 bazarına çıxarılacaq mallar", "Maliyyələşdirmə - irimiqyaslı ixrac layihələrinin təminatı məqsədilə dövlət tərəfindən həyata keçirilən mexanizmlər", "İnfrastruktur - birgə yol çəkilişinin istiqamətləri", "Dəmir yolu infrastrukturunun tikintisində beynəlxalq əməkdaşlığın yaxşılaşdırılması yolları", "İnvestisiyalar - bazar iştirakçılarını infrastruktur layihələrinə cəlb edəcək amillər", "Bərə əlaqəsi - dəmir yolunun davamı kimi", "Multimodal daşımalar - multimodal konteyner daşımaları bazarı", "Təklif və tələb dinamikası", "Dəmir yolu - dəniz limanı, tələb olunan terminallar və onların inşasının maliyyələşmə mənbəyi", "Çoxfunksional nəqliyyat qovşaqları", "Şimal-Сənub" marşrutunda hansı şəhərlərə bu məqsədlə üstünlük veriləcək", "Geriyə döndükdə bos vaqonların yüklə mütəmadi olaraq doldurulmasının təminatı".

Biznes-forumda "Rusiya Dəmir Yollan" ASC-nin vitse-prezidenti Aleksandr Mişarin və "Azərbaycan Dəmir Yollan" QSC-nin sədri Cavid Qurbanov yekun nitqi ilə çıxış edəcəklər.

Tədbir iştirakçıları üçün təntənəli qəbul, həmçinin Bakının görməli, tarixi yerlərinə ekskursiyalar təşkil olunacaq. Tədbirin sonunda müvafıq sənədlər imzalanacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/492886.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR