"Ağıllı" zibil çənləri internetdən məhsul sifariş edəcək

"Ağıllı" zibil çənləri internetdən məhsul sifariş edəcək
11:35 25 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

“Amazon” şirkəti tərəfindən "ağıllı" ev üçün təqdim edilmiş yeni qurğular gündəlik tələbat məhsullarının vaxtında təmin edilməsinə nəzarət edəcək.

Hələ cari ilin yanvarında istifadəyə verilmiş “Amazon Dash Replenishment” layihəsi əvvəllər "ağıllı" düymələrdən istifadəyə əsaslanırdı. Həmin düymələrə toxunuş etdikdə internet mağazasından zəruri məhsul sifariş edilirdi. Bu halda bir düymə yalnız bir konkret məhsul üçün proqramlaşdırılmışdı. İndi şirkət məhsulların internet üzərindən sifarişini avtomatlaşdırmağa dair qərar verib.

“ICTnews” Elektron Xəbər Xidməti “naked-science.ru” saytına istinadən yazır ki, “Amazon” tərəfindən təqdim edilmiş yeni qurğular evdə zəruri məhsulların ehtiyatına müstəqil nəzarət edir və çatışmadıqda onları sifariş edə bilir. Şirkət yeni xidmətini işə salmaq üçün “Whirpool”, “Samsung”, “Bosch” və “Purell” kimi partnyorlarla işbirliyi qurub.

Təqdim edilmiş “WePlenish” adlı qurğu istehlak vərdişləri, məhsulların anbar otağı və ya yeşikdə yerləşməsini araşdırır və bundan sonra zəruri məhsulların mövcudluğunu izləməyə başlayır. Cihaz, həmçinin çatışmayan məhsulları müstəqil sifariş edə bilir.

“GeniCan” adlı qurğu zibil çəninə qoşulur və atılmış məhsulların ştrix kodunu skan edir. Bundan sonra qurğu almaq lazım olan zəruri məhsulların siyahısını tərtib edir.

Emil Hüseynov


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR