Azərbaycan İsrailə kömək üçün təyyarə göndərir

Azərbaycan İsrailə kömək üçün təyyarə göndərir
11:38 25 Noyabr 2016
37 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan İsraildə meşə yanğınlarının söndürülməsi üçün təyyarə göndərəcək.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Publika.az-a verilən məlumata görə, İsrail hökuməti bu ölkədə tüğyan edən meşə yanğınları ilə əlaqədar müvafiq köməkliyin göstərilməsi üçün Azərbaycan hökumətinə müraciət edib.

Bununla bağlı prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, FHN-ə məxsus “BE-200ÇS” amfibiya tipli təyyarənin müvafiq yanğınsöndürmə avadanlıqları ilə İsrailə göndərilməsi üçün hazırlıq işlərinə başlanılıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/resmixronika/177294.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR