BANM-də "Gənc ekoloqlar" layihəsi həyata keçirildi - FOTO

BANM-də "Gənc ekoloqlar" layihəsi həyata keçirildi - FOTO
11:42 25 Noyabr 2016
45 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı Ali Neft Məktəbinin (BANM) "Neft-qaz mühəndisliyi" ixtisası üzrə V kursda təhsil alan tələbəsi Mustafa Əsgərovun "Gənc ekoloqlar" layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 8-ci qrant müsabiqəsinin qalibi olub və layihənin icrası uğurla başa çatıb.

BANM-dan Milli.Az-a verilən məlumata görə, layihə çərçivəsində Azərbaycanın müxtəlif universitetlərində təhsil alan 140 tələbə peşəkar təlimçilərin dəstəyi ilə ətraf mühitin qorunması, ekoloji problemlər və onların yaratdığı fəsadlar ilə dərindən tanış olub, bu problemlərin həlli yolları istiqamətində fikir mübadiləsi aparıblar. Layihənin son günündə isə poster yarışı keçirilib. Yarış vasitəsilə iştirakçı qruplar verilmiş ekoloji problemi və onun mümkün həlli yolunu yaradıcı şəkildə posterlərdə əks etdiriblər. Sonda qalib komandanın üzvlərinə fərqlənmə diplomu təqdim olunub.
Xatırladaq ki, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və Bakı Ali Neft Məktəbi Tələbə Gənclər Təşkilatının (TGT) təşkilati dəstəyilə həyata keçirilib.

Milli.Az









RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR