Avropa Liqası: 14 klub 1/16 finalda

Avropa Liqası:   14 klub 1/16 finalda
11:47 25 Noyabr 2016
64 İdman
Ölkə mətbuatı
A- A+

Avropa Liqasında qrup mərhələsinin V turunun oyunlarından sonra  1/16 final mərhələsinə vəsiqə qazanan klubların sayı 14-ə çatıb. Fanat.Az xəbər verir ki, dünən12 qrupda baş tutan 24 matçdan daha  9 komandanın yoluna davam edəcəyi dəqiqləşib.

 

Gələn il Avropa Liqasında mübarizəni davam etdirəcək komandalardan biri Çempionlar Liqasında 3-cü yeri tutan Münhenqladbax “Borussiya”sıdır. Digər 13 komandaya gəlincə, 6 klub  - “Ayaks”, “Roma”, “Şaxtyor”, “Şalke”, “Sparta” və “Zenit” 1-ci yeri təmin ediblər. Həmçinin  “Anderlext”, APOEL, “Atletik”, “Genk”, “Krasnodar”, “Olimpiakos” və “Sent-Etyen” in 1/16 finala yüksəlməsi dəqiqləşib.


“Qarabağ” da daxil olmaqla daha  22 komanda şanslarını qoruduqları halda, 14 klub üçün son tur formal xarakter daşıyır. Belə ki,  “Astana”, “Qəbələ”, “İnter”, “Konyaspor”,  “Maynts”, “Nitsa”, “Panatinaikos”, “Rapid”, “Zalsburq”, “Sassuolo”, “Viktoriya”, “Yanq Boyz” və “Zarya”  üçün növbəti mərhələyə vəsiqə əlçatmazdır.


Fanat.Az



Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-avropa-liqas-t54442.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR