Azərbaycan Şimal-Cənub dəhzlinin inkişafı üçün tərəfdaş ölkələrə tam dəstək verməyə hazırdır

Azərbaycan Şimal-Cənub dəhzlinin inkişafı üçün tərəfdaş ölkələrə tam dəstək verməyə hazırdır
11:57 25 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 25 noyabr. REPORT. AZ/ Azərbaycan hökuməti Şimal-Cənub nəqliyyat dəhzlinin inkişafı, genişləndirilməsi və təşviqi üçün tərəfdaş ölkələrə tam dəstək verməyə hazırdır. 
"Report"un məlumatına görə, bunu Bakıda keçirilən "Strateji Tərəfdaşlıq 1520: Dünyanın dörd tərəfini birləşdirən Qafqaz regionu" biznes forumunda çıxış edən Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sahil Babayev deyib.
"Tranzit yük daşımaları iqtisadiyyatın əsas drayverlərindən biridir. Azərbaycan Şimal-Cənub, Şərq-Qərb və digər multimodal layihələrdə özünü regional hab olaraq görür. Bu cür beynəlxalq dəhlizlərin inkişafı üçün logistika, infrastrukturun inkişafı labüddür. Dəhlizdə iştirak edən digər dövlətlərin nümayəndələrinin də qeyd etdiyi kimi hesab edirəm ki, bu dəhlizin işləməsi üçün vahid qaydaların, prosedurların təşkil edilməsi ən vacib məsələlərdən biridir. Ancaq bu halda dəhlizə maraq arta bilər. Bu layihənin təkcə regionda deyil, dünyanın hər yerində təşviq edilməsi önəmlidir və Azərbaycan da tam dəstək verməyə hazırdır", - deyə S.Babayev qeyd edib.

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/azerbaycan-simal-cenub-dehzlinin-inkisafi-ucun-terefdas-olkelere-tam-destek-vermeye-hazirdir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR