Bakı sakini bədbəxt hadisə nəticəsində ölüb.
Milli.Az xəbər verir ki, Qaradağ Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Qaradağ rayonu Lökbatan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini Gülnarə Rzayeva yaşadığı evin hamam otağında yıxılıb. Nəticədə o, baş nahiyəsindən aldığı xəsarətdən ölüb.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az