İŞİD-in "qan hakimi" öldürüldü - FOTO

İŞİD-in "qan hakimi" öldürüldü - FOTO
12:22 25 Noyabr 2016
87 Dünya
Ölkə mətbuatı
A- A+

"İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatının İraqın Nineviya vilayətindəki "Şəriət Məhkəməsi"nin rəhbəri, Fransadan olan "Əbu Yasib əl Firangi" adlı şəxs Mosul yaxınlığında öldürülüb.

Milli.Az Al Arabiya-ya istinadən bildirir ki, Mosul sakinlərinin qəddarlığına və azğınlığına görə "Qan hakimi" adlandırdıqları "hakim"i İraq ordusunun əsgərləri cəhənnəmə vasil ediblər.

Əbu Yasib "Şəriət Məhkəməsi"nə aparılan şəxslərin tam əksəriyyəti barədə edam hökmü verməsi və öldürülən insanların da dəfn edilməsinin yasaqlanması qərarları ilə tanınırdı.

"Qan hakimi" Mosul yaxınlığında, şəhərin şərq həndəvərində avtomobilinə oturarkən snayper atəşi ilə öldürülüb.

İŞİD Əbu Yasibin qatilini tapana mükafat vəd edib.

Milli.Az


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR