"Abituriyent" jurnalının xüsusi buraxılışı nəşr olunub

"Abituriyent" jurnalının xüsusi buraxılışı nəşr olunub
12:27 25 Noyabr 2016
204 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 25 noyabr. REPORT.AZ/ "Abituriyent" jurnalının xüsusi buraxılışı nəşr olunub. 
Dövlət İmtahan Mərkəzindən “Report”a verilən məlumata görə, xüsusi buraxılışda ümumi orta təhsil (9 illik) bazasında yeni təhsil proqramları (kurikulumları) üzrə buraxılış imtahanının modeli ilə tanış olmaq olar.
Modelə əsasən, buraxılış imtahanının iki mərhələdə keçirilməsi nəzərdə tutulur. Birinci mərhələdə şagirdlərin oxuyub-anlama və yazı bacarıqlarını yoxlamaq məqsədilə açıq və qapalı tipli test tapşırıqlarından, yazı işlərindən, riyazi bacarıqları yoxlamaq məqsədilə isə açıq tipli tapşırıqlardan istifadə edilməsi planlaşdırılır. İkinci mərhələdə hər bir fənn üzrə qapalı tipli test tapşırıqlarından istifadə edilməsi nəzərdə tutulur.
Jurnalda həmçinin V-IX siniflər üzrə bilik və bacarıqlar yoxlanılacaq alt standartlar, buraxılış imtahanı proqramları, yeni test tapşırığı nümunələri, tapşırıqlar üzrə qiymətləndirmə meyarları, cavab vərəqi nümunələri öz əksini tapıb.
Jurnaldakı materiallar müəllimlərə buraxılış imtahanı ilə bağlı işlərini düzgün qurmağa, şagirdlərə isə imtahana səmərəli hazırlaşmağa yardımçı olacaq.
Jurnalı DİM-in Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, 1m və Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28 ünvanlarında yerləşən binalarındakı “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar. 

Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/abituriyent-jurnalinin-xususi-buraxilisi-nesr-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR