“Türk Hava Yolları” yeni endirim kampaniyasına başlayıb

“Türk Hava Yolları” yeni endirim kampaniyasına başlayıb
12:37 25 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 25 noyabr. REPORT.AZ/ “Türk Hava Yolları” (THY) aviaşirkəti İstanbuldan Azərbaycanın müxtəlif şəhərlərinə uçuşlar üzrə yeni endirim kampaniyasına başayıb. 
“THY”dan “Report”a verilən məlumata görə, aksiyanın şərtlərinə əsasən, vergilər daxil olmaqla İstanbula 109 avrodan başlayan qiymətlərlə səyahət etmək mümkündür.
 Buna əlavə olaraq Türkiyədən Azərbaycana gələn turist sayının artırılması məqsədi ilə İstanbul çıxışlı biletlər üçün də endirim kampaniyası tətbiq edilməyə başlanıb.
Kampaniya tarifləri aşağıdakı kimidir:
Gəncə-İstanbul-Gəncə - 109 avro/İstanbul-Gəncə-İstanbul - 129 dollar; 
Naxçıvan-İstanbul-Naxçıvan - 109 avro/İstanbul-Naxçıvan-İstanbul - 129 dollar;
Bakı-İstanbul-Bakı - 159 avro/ İstanbul-Bakı-İstanbul - 179 dollar.
Biletlərin satış müddəti noyabrın 28-dən dekabrın 18-dək, səyahət müddəti isə dekabrın 8-dən gələn il martın 31-dək dövrü əhatə edir. Aviabiletlər səyahətin başlanğıc günündən 10 gün əvvəl alınmalıdır.
Biletlə yanaşı, 30 kq baqaj keçirmək hüququ verilir. Bundan başqa, 30 kq baqajı şəhər mərkəzindən Atatürk hava limanına aparmaq problemi də aradan qaldırılıb. Belə ki, "MiniPort" xidməti sayəsində baqajı Taksim ofisinə təhvil verib hava limanında təhvil almaq mümkündür (və ya əksinə). Sərnişinlər indi "MiniPort" ofislərində və ya müqavilə olan otellərdə öz baqajını qoya bilər və uçuşdan əvvəl gün ərzində gəzə bilərlər.

Xəbərin orijinal ünvanı: https://report.az/turizm-ve-sergiler/turk-hava-yollari-yeni-endirim-kampaniyasina-baslayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR