Kanal D məşhur aparıcının verilişini ləğv etdi

Kanal D məşhur aparıcının verilişini ləğv etdi
13:01 25 Noyabr 2016
89 Şou
Ölkə mətbuatı
A- A+

Aparıcı Okan Bayülgün "Altın Portakal" gecəsi "Diriliş Ertuğrul" serialı haqda dediklərindən sonra böyük tənqidlərə məruz qalmışdı.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, "İlin serialı" seçilən layihənin heç bir yaradıcı heyətinə söz verməyən Okanın üzr istəməsi də birmənalı qarşılanmamışdı. Hətta prezident Rəcəb Tayyip Ərdoğan məsələ haqda şərh bildirərkən "Diriliş Ertuğrul"u müdafiə etmişdi.

Bundan sonra Bayülgen "Bu, mənim zarafat, danışıq tərzimdir. Bundan heç kim küsməməlidir. Serialın adını ön plana çıxartmaq üçün təkrar-təkrar söylədim. Kimi isə incitmişəmsə, üzr istəyirəm" deyib.

Eyni zamanda Okan bu mövsüm Kanal D-yə qayıdaraq tok-şousuna bu kanalda davam edəcəkdi. Lakin qalmaqaldan sonra aparıcının verilişi ləğv olunub və telekanl O.Bayülgenlə yollarını ayırıb.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=61843

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR