İranda iki sərnişin qatarı toqquşub, 5 nəfər ölüb, 11 nəfər yaralanıb

İranda iki sərnişin qatarı toqquşub, 5 nəfər ölüb, 11 nəfər yaralanıb
13:02 25 Noyabr 2016
44 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 25 noyabr. REPORT.AZ/ İranın şimalında iki sərnişin qatarının toqquşması nəticəsində 5 nəfər ölüb, 11 nəfər yaralanıb.
“Report” “Press TV”-yə istinadən xəbər verir ki, bunu ölkənin Qızıl Aypara Cəmiyyətinin nümayəndəsi Mustafa Mürəzəvi bildirib.
İnformasiyaya görə, hadisə İranın şimalında yerləşən Siman əyalətinin Şahrud şəhərinin Xaf-xan stansiyası yaxınlığında baş verib. 
Həmin bölgəyə çoxlu qar yağdığından yollar bağlanıb və hadisə yerinə xilasedciilərin yetişməsində problemlər yaranıb.
Ölən və yaralananların sayının artacağı istisna edilmir. 

Xəbərin orijinal ünvanı: https://report.az/region/i-randa-iki-sernisin-qatari-toqqusub-5-nefer-olub-11-nefer-yaralanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR