Azərbaycan İrana kredit verəcək

Azərbaycan İrana kredit verəcək
13:05 25 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Astara-Rəşt dəmir yolunun tikintisi üçün Azərbaycan İrana kredit ayıracaq.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanov "Strateji tərəfdaşlıq 1520: Dünyanın dörd tərəfini birləşdirən Qafqaz regionu" biznes forumunda çıxışı zamanı bildirib.
 
C.Qurbanovun sözlərinə görə, hal-hazırda kreditin verilişi barədə danışıqlar aparılır.
 
"Bakı-Tbilisi-Qars dəmir yolu dəhlizinin tikintisi bu ilin sonu və ya növbəti ilin birinci yarısında yekunlaşacaq", - deyə C.Qurbanov bildirib.
 
İran dəmir yollarının vitse-prezidenti Hüseyn Aşuri isə Astara çayı üzərində körpü tikintisinin artıq başa çatdığını, İran tərəfdə hal-hazırda işlərin getdiyini bildirib: "İran tərəfdə də işlər bu ilin sonu yekunlaşacaq".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/492941.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR