“Mən də bəzi aktrisalar kimi Azərpaşa Nemətovun otağından çıxmamalıyam?” - QALMAQAL

“Mən də bəzi aktrisalar kimi Azərpaşa Nemətovun otağından çıxmamalıyam?” - QALMAQAL
13:08 25 Noyabr 2016
1816 Şou
Ölkə mətbuatı
A- A+

Xalq artisti, Akademik Milli Dram Teatrının aktrisası Zemfira Nərimanova 8 ildir ki, heç bir tamaşada rol almadığını və gözləməkdən bezdiyini dilə gətirib.

Publika.az-a açıqlama verən aktrisa hələ ki, keçmiş direktor İsrafil İsrafilovun onun iştirak etdiyi tamaşaları bağladığını və yeni direktor Azərpaşa Nemətovun onu rolsuz qoyduğunu deyib:

“İsrafil İsrafilov mənim iştirak etdiyim dörd tamaşanı bağladı. Səbəbini soruşanda dedi ki, pulumuz yoxdur. Yeni direktor Azərpaşa Nemətov gəldi, fikirləşdim ki, yeni tamaşalarda rol alaram. Mən aktrsiayam, teatrda işim tamaşada oynamaqdır.

Amma 8 ildir heç bir tamaşada yoxam. Azərpaşa müəllimi çox istəyirdim, vaxitilə onun tamaşalarında da oynayırdım. Amma yeni direktor təyin olunandan sonra sanki məni görmür. Keçmiş tələbələrinə rol verir. Mən dəyişməmişəm, əvvəlki görkəmimdəyəm və tamaşalarda oynamaq istəyirəm”.

Xalq artisti niyə rol almamasının səbəbini Azərpaşa Nemətovdan soruşubmu?

Aldığımız cavab belə oldu:

“Mən bir neçə dəfə ondan soruşmuşam, cavab verib ki, gözlə. Nə vaxta qədər gözləməliyəm. Mən də bəzi aktrisalar kimi onun otağından çıxmamalıyam? Gedib ağız açmalıyam ki, mənə rol ver? Soruşmalıyam ki, niyə məndən xoşun gəlmir? Artıq bezmişəm. Daha susmayacam”.

Cəvahir


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin1/177312.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR