Ərdoğandan Avropaya SƏRT CAVAB: "İrəli getsəniz, sərhədləri açarıq"

Ərdoğandan Avropaya SƏRT CAVAB: "İrəli getsəniz, sərhədləri açarıq"
13:24 25 Noyabr 2016
82 Digər
Ölkə mətbuatı
A- A+

 

“Daha da irəli getsəniz, sərhəd qapılarını açacağıq, bunu bilin”.

 

APA-nın məlumatına görə, bu sözləri Avropa Parlamentinin Avropa İttifaqını Türkiyə ilə üzvlük müzakirələrini dayandırmağa səsləyən tövsiyə xarakterli qərarına münasibət bildirən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

 

Ankarada keçirilən Ədalət və Qadın Konqresində çıxın edən R. T. Ərdoğan Avropa Parlamentinin qərarını sərt tənqid edib: “Siz insanlığa münasibətdə heç vaxt səmimi olmadınız. Toplanıb, gəliblər bir araya, 30-40 nəfər qərara yox deyir, 400 nəfər hə deyir. Lap cəminiz hə deyin, bizim üçün nə fərq edir ki? Daha irəli getsəniz, sərhəd qapılarımızı açarıq, bunu bilin. 53 ildir ki, Türkiyəyə Avropa İttifaqının qapısını açmayanlar bizi sanksiyalarla təhdid edir. 14 ildə batdıqmı, çökdükmü? Ancaq inkişaf etdik. Unutmayın ki, Qərbin Türkiyəyə ehtiyacı var. Hazırda 3 milyon qaçqını yerləşdirən, bəsləyən Türkiyədir. Avropa indiyə qədər qaçqınlara yardımla bağlı bizə verdiyi vədləri yerinə yetirmədi. Türkiyə qaçqınlara öz qapılarını Avropa İttifaqından yardım gələcəyini düşünərək açmayıb. Biz o insanları bombalardan xilas olmaları üçün qəbul etdik. İndiyə qədər BMT Türkiyədə qaçqınlar üçün 550 milyon dollar,  Avropa İttifaqı 700 milyon dollara qədər vəsait göndərib. Türkiyə dövləti isə 15 milyard dollar xərcləyib.  Qeyri-hökumət təşkilatlarının xərclədiyi vəsaitləri bura daxil etmirəm”.

 

Qeyd edək ki, Avropa Parlamenti noyabrın 24-də Avropa İttifaqını Türkiyənin quruma üzvlüyü barədə Ankara ilə aparılan müzakirə prosesini müvəqqəti dondurmağa çağıran qərar qəbul edib.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/260545

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR