Sərnişin qatarları toqquşdu - 5 nəfər ölü, 11 nəfər yaralandı

Sərnişin qatarları toqquşdu - 5 nəfər ölü, 11 nəfər yaralandı
13:33 25 Noyabr 2016
63 Dünya
Ölkə mətbuatı
A- A+

İranın şimalında iki sərnişin qatarının toqquşması nəticəsində 5 nəfər ölüb, 11 nəfər yaralanıb.

Bunu ölkənin Qızıl Aypara Cəmiyyətinin nümayəndəsi Mustafa Mürəzəvi bildirib.

İnformasiyaya görə, hadisə İranın şimalında yerləşən Siman əyalətinin Şahrud şəhərinin Xaf-xan stansiyası yaxınlığında baş verib.

Həmin bölgəyə çoxlu qar yağdığından yollar bağlanıb və hadisə yerinə xilasedciilərin yetişməsində problemlər yaranıb.

Ölən və yaralananların sayının artacağı istisna edilmir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR