Filarmoniyada muğam musiqisi axşamı keçiriləcək

Filarmoniyada muğam musiqisi axşamı keçiriləcək
13:52 25 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Dekabrın 8-də Filarmoniyada "Gənclərə dəstək" adlı layihə çərçivəsində muğam musiqisi axşamı keçiriləcək.

Solistlər muğam televiziya müsabiqəsinin qalibləri Nigar Şabanova, Ramiq Bayramovdur. 

Konsertdə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri orkestrinin kiçik heyəti, Azərbaycan Respublikasının əməkdar artistləri, Çinarə Heydərova (qanun), Toğrul Əsədullayev (kamança), Şəfa Kərimov (ud), Azad Əliməmmədov (balaban), Emin Cəbrayılov (nağara) iştirak edəcəklər.

Konsertin bədii rəhbəri Azərbaycan Respublikasının xalq artisti Agaverdi Paşayevdir.

Proqramda Azərbaycan bəstəkarlarının əsərləri, xalq mahnıları, muğam və təsniflər səslənəcək.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR