100 dəfə əməliyyat olunmuş qadın: "Daha da gözəl olacağam" - FOTO

100 dəfə əməliyyat olunmuş qadın: "Daha da gözəl olacağam" - FOTO
14:05 25 Noyabr 2016
896 Maraqlı
Ölkə mətbuatı
A- A+

"Əməliyyatlardan usanan deyiləm. Çünki daha gözəl, imkan olarsa, mükəmməl vücuda malik olmaq istəyirəm. Əməliyyatlar məqsədimə çatmaq üçün aralıq mərhələdir".

ABŞ-ın Şimali Karolina ştatında yaşayan model Piksi Foks indiyədək 100 plastik cərrahiyyə əməliyyatına məruz qalıb.

Milli.Az ABC-yə istinadən bildirir ki, o, əməliyyatları dayandırmaq niyyətində deyil.

Əslən İsveçdən olan Foksun ailəsi çox narahatdır. İsveçdəki ailə üzvlərinin dediklərinə görə, "ideal vücud" maniyasına tutulmuş Piksini əməliyyatlara tutqunluq öldürə bilər.

İndiyədək 26 yaşlı Piksinin 6 qabırğası çıxarılıb, vücudunun bir çox yerləri "dəyişdirilib", hətta gözlərinin rəngi də dəyişib.

İş o yerə çatıb ki, Piksi doğma bacısına bənzəmir.

"Əməliyyatlar davam edəcək. Gələn il daha 10 kosmetik prosedura məruz qalacağam. Vücudumla bağlı konkret planlarım var və o planlar reallaşmayınca dayanan deyiləm", - söyləyən Piksi Foks ən incə belli qadın təki adının Ginnesin Rekordlar Kitabına düşməsini istəyir.

Piksinin anası, İsveçin Evle bölgəsində yaşayan Anna-Lena isə bu maniakal "gözəllik istəyi"nin çox təhlükəli olduğunu, qızının "plastik cərrahiyyə narkomanı"na çevrildiyini söyləyir.

"O, özünü elə dəyişib ki, bacısı Lovisaya bənzəmir. Lovisa indiyədək bir plastik cərrahiyyə əməliyyatı da keçirməyib", - Anna-Lena deyib.

Piksinin hələlik son əməliyyatı məşhur cərrah Frederik Bernenin Höteborq şəhərindəki "Klinik34" klinikasında gerçəkləşdirilib.

Milli.Az














Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/492850.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR