Azərbaycan qadın güləşçisi "Qızıl Qran Pri"nin finalına yüksəlib

Azərbaycan qadın güləşçisi "Qızıl Qran Pri"nin finalına yüksəlib
14:22 25 Noyabr 2016
105 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 25 noyabr. REPORT.AZ/ Azərbaycanın qadın güləşçisi Tatyana Omelçenko ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Qızıl Qran Pri" beynəlxalq turnirinin final mərhələsinda qızıl medal uğrunda yarışacaq. "Report"un məlumatına görə, 60 kq çəkidə çıxış edən xanım pəhləvan həlledici görüşdə ukraynalı Oksana Herhellə üz-üzə gələcək.
4 güləşçi isə bürünc medal üçün yarışacaq. 53 kq çəkidə Anjela Doroqan kanadalı Samanta Stüartla, 63 kq-da Elmira Qəmbərova yaponiyalı Ayana Qempeylə, 69 kq-da isə Elis Manolova qazaxıstanlı Elmira Sizdikova ilə görüşəcək. 55 kq çəkinin bürünc medal görüşündə isə iki azərbaycanlı qadın pəhləvan - Şəbnəm Əhmədova və Alyona Kolesnik yarışacaq. Medal qarşılaşmaları saat 17:00-da başlayacaq.
Qeyd edək ki, turnirdə 49 ölkədən dünyanın 500-ə yaxın ən güclü pəhləvanı mübarizə aparır. Azərbaycanın sərbəst güləşçiləri ilk yarış günündə 3 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıb. Qızıl medallar Giorgi Edişeraşvili (57 kq), Əhmədnəbi Qvarzatilov (61 kq) və Cəbrayıl Həsənovun (74 kq), gümüş medal Gitinomaqomed Hacıyevin (70 kq), bürünc medallar isə Coşqun Əzimov (65 kq), Murad Süleymanov (74 kq) və Aslanbek Alborovun (97 kq) payına düşüb. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR